Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub.
Mynews.az xəbər verir ki, "Bakupost”un əldə etdiyi məlumata görə, Ucal Bayramovun bacısı Xəyalə Bayramova AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya verib.
X.Bayramova süjetdə hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb.
O bildirib ki, zərurət yaranacağı təqdirdə məsələ Azərbaycan hüdudlarından kənara da çıxarıla bilər:
"Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. O halda, vəziyyətdə deyilik. Amma bunu deyim ki, lazım olsa, bu məsələ hüquqi müstəvidə Azərbaycan hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar...”
Qeyd edək ki, sözügedən süjetdə müxbir hadisəni belə təqdim edib: "Məlum oldu ki, gənclər tros qırılması nəticəsində deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın rolikləri trosdan çıxaraq, yerə düşüblər”.
Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib.
Bu səbəbdən AzTV bir sıra jurnalistlər, o cümlədən Qənirə Ataş tərəfindən ciddi tənqid olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub