Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.
Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.
Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.
Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.
Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub