USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

“Roşka”ya hökm oxundu - 16 ay həbsdə qalacaq

12:36 13.10.2026
“Roşka”ya hökm oxundu  - 16 ay həbsdə qalacaq
12:36 13.10.2026

"TikTok”da "Roşka” kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib.

Hökmə əsasən, "Roşka” 3 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.

 


Xəbər lenti