USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

11:17 19.10.2026
Bakıda iki avtomobil toqquşdu:  Piyada öldü
11:17 19.10.2026

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub.

Qəza nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Gündüz qızı Əliyevanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər lenti