"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir”.
Mynews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin tarixi rekord səviyyəyə yüksəlməsini və ikitərəfli iqtisadi əməkdaşlığın perspektivlərini şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici iqtisadi siyasətin mühüm nəticələrindən biridir:
"2026-cı ilin yanvar–sentyabr aylarında qarşılıqlı ticarət dövriyyəsinin 3,46 milyard ABŞ dollarına çatması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini göstərir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,7 faiz yüksəkdir.
İkitərəfli ticarətin strukturunda sənaye məhsulları, avtomobillər və onların ehtiyat hissələri, elektrik avadanlıqları, geyim və digər istehlak malları mühüm yer tutur. Azərbaycandan Çinə ixracda isə neft koksu, ilkin formalarda polietilen, maşın və elektrik avadanlıqları kimi məhsullar diqqət çəkir.
Son illərin statistikası əməkdaşlığın genişlənmə mərhələlərini aydın göstərir. 2018-ci ildə 1,3 milyard dollar səviyyəsində olan ticarət dövriyyəsi 2019-cu ildə 2 milyard dolları ötüb. Pandemiya dövründə müəyyən azalmadan sonra 2023-cü ildə 3,1 milyard, 2024-cü ildə 3,74 milyard, 2025-ci ildə isə 4,87 milyard dollara yüksəlib. Şübhə yoxdur ki, bu il bu rəqəm daha yüksək olacaq”.
Müsahibimiz əlavə edib ki, əməkdaşlığın strateji əhəmiyyəti yalnız idxal və ixrac əməliyyatları ilə məhdudlaşmır:
"Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi Çinlə Avropa arasında yükdaşımaların şaxələndirilməsi baxımından mühüm üstünlükdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və tranzit imkanları ölkəmizin beynəlxalq logistika sistemində rolunu gücləndirir.
Bununla yanaşı, yaşıl enerji, sənaye, rəqəmsal texnologiyalar və investisiya əməkdaşlığı yeni iqtisadi imkanlar yaradır. Çin şirkətlərinin Azərbaycanda enerji layihələrində iştirakı tərəfdaşlığın ticarətdən real iqtisadi layihələrə doğru genişləndiyini göstərir. Azərbaycan–Çin iqtisadi tərəfdaşlığının gələcək uğuru yalnız ticarət həcminin artması ilə deyil, qarşılıqlı investisiyaların, texnologiya transferinin, birgə istehsalın və yüksək əlavə dəyər yaradan layihələrin genişlənməsi ilə ölçülməlidir. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə və beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub