USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

“Sabah” - “Barselona” oyununda rusiyalı azarkeş vəfat etdi

16:22 26.11.2026
“Sabah” - “Barselona” oyununda rusiyalı azarkeş vəfat etdi
16:22 26.11.2026

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Mynews.az teleqraf.az-a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürəktutma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti