Cəlilabadda ağır yol qəzası baş verib.
Mynews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, hadisə yanvarın 26-da saat 7 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. Rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə N.Sövzəliyevə və 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Cəlilabad RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.