Bakı Metropoliteninin “Ulduz” stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin maşinistə “Ulduz” stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib:
“Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".
N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur:
“7 saylı qatar hərəkətini davam etdirir”.
***
Bir neçə saat əvvəl “Ulduz” metrostansiyasında həyəcanlı anlar yaşanıb.
Bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yayıb.
O bildirib ki, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verdi.
Vaqondakı kondisonerdən başlayan səslərdən sonra vaqona bir neçə saniyə tüstü dolmağa başlayıb.
Hadisə ilə əlaqədar sərnişinlər təxliyyə edilib
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
403 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
403 dəfə oxunub
3
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
399 dəfə oxunub
4
Bakıda sinif yoldaşını yandıran şagird saxlanıldı
389 dəfə oxunub
5
Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY
389 dəfə oxunub