Ağdam rayonunda intihar hadisəsi baş verib.
Mynews.az Trend-ə istinadən məlumatına görə, hadisə martın 29-da rayonun Quzanlı qəsəbəsində baş verib. Əslən rayonun işğal altındakı Şurabad kəndindən olan və hazırda Quzanlı qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Abbasova Cəmilə Nəcəf qızı özünü yaşadığı evdə iplə asaraq intihar edib. Yaxınları onun meyitini asılmış vəziyyətdə tapıblar.
Məlumata görə, C.Abbasova 2012-ci ildən Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserində "reaktiv paranol psixoz" diaqnozu üzrə dəfələrlə müalicə alıb və həmin vaxtdan ruhi əsəb xəstəsi kimi qeydiyyatda olub.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub