“Məhkəmələrdə ümumilikdə 700 min mülki iş var. Bu işlərin 280 mini (40 faizi ) bank-müştəri münasibətləri ilə bağlıdr”.
Mynews.az azvision.az-a istinadla xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı deyib. Şura sədrinin sözlərinə görə, ötən gün Milli Məclisdə keçirilən iclasda deputat Qüdrət Həsənquliyev bəyan edib ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır: “Mən bankın əmanətçisiyəm. Bank da deyir ki, mən krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır”.
R.Aslanlı vurğulayıb ki, borcları birfədlik bağışlamaq olmaz: “Həmin kreditlərdə insanların əmanətləri durur. Kreditlərin qayrarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub