Aralıq dənizində miqrantları daşıyan rezin qayığın batdığı və 150 nəfərin boğulduğu iddia olunur.
Mynews.az bildirir ki, İstiPress-in “Haberler”ə istinadən verdiyi xəbərə görə, qayıqda olan yalnız bir nəfər, 16 yaşlı gənc benzin bidonuna sarılaraq sağ qala bilib. Qayıqda baş verənlər barədə də elə o məlumat verib. Gəncin verdiyi məlumata görə, 150 nəfər arasında 5 uşaq və hamilə qadınlar da olub.
Qeyd edək ki, qayıq iki gün əvvəl Liviyanın paytaxtı Tripolidən yola çıxıb.
Bu ilin əvvəlindən Aralıq dənizi ilə İtaliyaya təxminən 23 min miqrant gəlib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. İlin əvvəlindən 600-ə yaxın miqrant isə Aralıq dənizinin sularına qərq olub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub