Ötən ilin Aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin nizama salınması prosesi yenidən təhlükədədir. Xüsusilə bu dəfə vəziyyət aprel hadisələrindən daha gərgindir.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunun (Chatham House) analitik Lourens Broers deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin iki yolu var: “Ya müharibəni, ya da diplomatiyanın şok terapiyasını seçmək”.
L.Broers mövcud vəziyyətin ötən ilin Aprel müharibəsi dövründəki vəziyyətdən fərqləndiyini hesab edir. Onun fikrincə, bu gün müharibə strategiyaları açıq-aydın gözdən keçirilir, lakin sülh strategiyaları yoxdur.
“Əgər ATƏT öz ərazisində ikinci böyük münaqişəni idarə etməyə hazır olmayacaqsa, o zaman sülhə nail olmaq üçün təcili şəkildə beynəlxalq səylərə təşəbbüs etmək lazımdır. Münaqişəyə lazımlı beynəlxalq diqqət əhəmiyyətli impuls olacaq”, - o bildirib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub