Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidmətinin saytı yayıb.
Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidməti hadisəni şərh edib:
“Hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də “Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin “Toyota-Prado” markalı olduğu bildirilir.
Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur”.
“Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq”, - UTX-in rəhbəri Vasili Qritsak bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub