Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin icraatında olan prosesdə şahidlər dindirilib.
Ş.Amanovanın qızı Lalə Əliyeva ifadə verərək deyib ki, anasının onun üçün cehiz almasından xəbəri olmayıb: “Mənim cehizimin pulunu sonradan imkanımız olmadığı üçün verə bilmədik”.
Ş.Amanovanın əlavə şahidlərin məhkəməyə gətirilməsi haqda vəsatəti təmin edilib. Məhkəmə prosesi aprelin 12-də davam etdiriləcək.
Qeyd edək ki, Ş.Amanova bir neçə şəxsdən qızına cehiz üçün mebel və geyim əşyaları alıb pulunu ödəmədiyi üçün barəsində cinayət işi açılıb və o, həbs edilib. Onun aldığı məhsulların qiyməti 10 min manatdan çox olub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub