Bakıda yeni fırıldaqçılıq metodundan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan oğurluq videosunda bir kişi mağazaya daxil olaraq qonşu mağazada işlədiyini və 100 manatlığa 2 ədəd 50 manatlığın olub-olmamasını soruşur.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fırıldaqçının qurbanı olan xanım bu haqda yazıb: “Bu videonu hər yerdə paylaşın, bu oğrunu hamı tanısın. Bu adam bu gün mənim mağazama girib “qarşıdakı saat dükanından gəlmişəm, orada işləyirəm, bəs, məni tanımadınız” dedi.
Mən də təəccüblü şəkildə “tanımadım” dedim. “Qonşuyuq, qonşu saat dükanından gəlmişəm. 100 manata iki 50 manat olmaz?”. Baxdım, dedim, “1 dənə 50 manatdı”. Bu da qayıtdı ki, “50-ni verin, o biri 50-ni də “9-ay” hamiləlik dükanından alacam. Xırdamız olmayanda oradan götürürük. Sizin pulu birgə “9-ay”a qoyaram, ordan götürə bilərsiniz”. Mən də “hə” dedim.
Qısası elə “salidni vid”də girib ele çıxış elədi ki, mənim də təmiz beynim dondu, heç nə ağlıma gəlmədi sual verməyə. Arxasınca baxdım ki, görüm, “9-ay” dukanına gedir ya yox? Gördüm, taksiyə minir. Paylaşın hamı bu dələduzu tanısın. Girib mağazalarda heç kimə ata bilməsin, bir də nəsli, kökü görsün ki, belə hamıya ata-ata asan pul dilənir”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub