Mynews.az xəbər verir ki, sözügedən TIR-lar dağıstanlı sürücülər tərəfindən etiraz əlaməti olaraq yandırılıb. Redaksiyamıza daxil olan məlumata görə, sürüclər Rusiya tərəfinin azərbaycanlı sürüclərə qarşı qərəzli mövqeyindən şikayətçidirlər.
"Onlar bizim maşınları Rusiya ərazisinə buraxmırlar. Daşlayırlar, yandırırlar, sürücüləri döyürlər, amma özləri xan balaları kimi Azərbaycandan yük vururlar. İrandan Rusiyaya yük daşıyırlar, Azərbaycanı tranzit ölkə kimi istifadə edirlər. Bizim sürücülərə isə işləməyə imkan vermirlər"- deyə sürücülər bidirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılıb. Belə ki, Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini "Platon” şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan "Platon” şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.
İmran Yusifli adlı şəxs yandırılan TIR-lardan birinin videosunu BAKU.WS saytının redaksiyasına göndərib. Həmin videonu təqdim edirik:
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub