Gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Mynews.az ARB Şəki-yə istinadla xəbər verir ki, Şəki rayonu Göynük kənd sakini Habil Şərifovun idarə etdiyi "Mersedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Sürücünün sözlərinə görə, avtomobil yolun kənarındakı qoruyucu beton plitələrə dəyərək istiqamətini dəyişib və yolun solundakı su quyusuna düşüb. Yaralanan sürücü təcili-tibbi yardım avtomobili ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.
Habil Şərifov - Sürücü: "Özüm yaxşıyam. Sinəmdə ağrı var. İndi həkimə gedirəm".
Hadisənin dəqiq səbəbləri araşdırılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub