Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Bakının Qaradağ rayonunda, Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub