Sosial şəbəkədə əməkdar artist Elnarə Abdullayevanın ötən gecə avtomobil qəzasına düşdüyü barədə məlumat yayılıb. Onun durumunun ağır olduğu deyilir.
Mynews.az bildirir ki, musavat.com müğənni ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, bu, yayılan məlumat yalandır: "Tanınmış insanlarla bağlı tez-tez bu cür xəbərlər yayılır. Gah deyirlər, filan kəs ağır qəzaya düşdü, gah deyirlər öldü, gah da deyirlər sağalmaz xəstəliyə yoluxub. O şəxslərə demək istəyirəm ki, dəqiq olmayan məlumatları yaymasınlar. Bizim də ailəmiz, yaxınlarımız, sevənlərimiz var. Bütün bunlar onları üzür. Mən nə qəzaya düşmüşəm, nə də səhhətim ağırdır. Dünən axşam toy məclisində olmuşam. Sonra da sağ-salamat evimə gəlmişəm. Heç kim narahat olmasın".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub