Kürdəmir rayonunda satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb.
Mynews.az xəbər verir ki, Report-un məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsi və Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayonun Xınıslı kənd sakini Anar Ağanəsib oğlu Bağırovun idarə etdiyi 10-VH-988 dövlət-qeydiyyat nömrə nişanlı "Mersedes" markalı avtomobil Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 150 kiloqram sümüksüz at əti aşkarlanaraq götürülüb.
A.Bağırovun həyətinə də baxış keçirilib. Oradan kəsilən atların başı, ayaqları və digər orqanları aşkar edilib.
Qeyd edək ki, A.Bağırov 2015-ci ildə qanunsuz at ətinin satışı və kəsimi ilə məşğul olduğuna görə cərimələnib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub