Qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib
Bakıda qəribə hadisə baş verib. Mynews.az xəbər verir ki, bu haqda azxeber.com-a taksi sürücüsü özü məlumat verib. Onun dediyinə görə, qadın müştərilərdən biri sürücüyə ərini izləmək təklifi edib, əvəzində isə nə qədər pul istəsə verəcəyini bildirib. Sürücü bu təkliflə razılaşmayıb, bunun etik olmadığını deyib və qadını bu işdən yayındırmağa çalışıb. Sürücünün bu reaksiyası qadını daha da hiddətləndirib və o sürücüdən taksi şirkətinə şikayət edib. Belə ki, qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib. Şirkət məsələni araşdırıb və məlum olub ki, qadın yalan deyirmiş. Əvəzində taksi şirkəti bu addıma görə sürücünü mükafatlandırıb və onun balansına pul yükləyib. Qeyd edək ki, sürücünün dediyinə görə izlənilməsi tələb olunan kişi məmur imiş.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub