İstanbulda boşanma iddiası üçün bəhanə əldə etmək istəyən iş adamı evinə gizli kamera yerləşdirib.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, İstanbul Bahçelievlerdə avtomobil şirkəti sahibi Mehmet M.İ. və həyat yoldaşı Anıl K. İ evliliklərinin 2.5 ilində ayrılmaq qərarına gəliblər. Keçən il İstanbul Ailə Məhkəməsində boşanma iddiası açan cütlükdən anlaşılmazlıqlarını sübuta yetirən dəlillər istənilib.
Mehmet M.İ. dəlil tapmaq üçün maraqlı bir plan hazırlayıb. İş adamı, həyat yoldaşının səsini və görüntülərini əldə etmək üçün evinə kamera yerləşdirib. Görüntüləri ələ keçirən Mehmet M.İ. bir müddət sonra da arvadı ilə anasının danışıqlarını dinləmək üçün evinə "böcək" yerləşdirib və topladığı bütün görüntüləri məhkəməyə dəlil olaraq təqdim edib. Anıl K. İ ərinin təqdim etdiyi gizli görüntülərini görüncə şok keçirib və dərhal məhkəmədə iddia qaldırıb.
Əri haqqında "Şəxslər arasındakı danışıqları dinləmək, şəxsi həyatın gizliliyini pozmaq" cinayət əməlləri ilə bağlı 5 ilə qədər həbs istəyiylə iddia qaldırıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub