Bakıda itkin düşmüş 11 yaşlı Ağamir Nəcəfi tapılıb.
Mynews.az xəbər verir ki, bu barədə Report-a onun anası Elnarə Məmmədova məlumat verib.
Hazırda uşaq valideynləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindədir:
“Mən uşağın yanındayam. O, özündən yaşca böyük dostunun yanında olduğunu deyir. Amma həmin dostunu mən tanımıram. Əsas olan övladımın tapılmasıdır”.
11:57
Bakıda 11 yaşlı uşaq itkin düşüb.
Mynews.az xəbər verir ki, bu barədə Report-a onun anası Elnarə Məmmədova məlumat verib.
E.Məmmədovanın sözlərinə görə, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb:
“Ağamir hadisədən əvvəl icazəsiz evdən çıxdığı üçün atası Abbas və mən onu danladıq. Bundan sonra o, yenə icazəsiz evdən çıxıb, lakin geri qayıtmayıb. Biz hələ də oğlumuzdan bir xəbər ala bilmirik”.
Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub