Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.
Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.
O bidirib ki, araşdırmanı nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları aparır: “Yanğının nədən çıxdığının səbəbləri araşdırılır və bununla bağlı akt tərtib olunur”.
Qeyd edək ki, ötən gecə baş vermiş yanğın nəticəsində bazarda birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.
08:40
Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kvadrat metr və piştaxtalar 400 kvadrat metr sahədə yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerindən foto və video APA-ya istinadla təqdim olunur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub