Qırğızıstanın xüsusi xidmətləri kamikadze olduğu ehtimal edilən, Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən Ekbercan Celilovun valideynlərini dindirməyə başlayıblar.
Mynews.az xəbər verir ki, bu barədə şübhəli şəxsin ailəsi ilə tanış olan şəxslərin sözlərinə istinadən 24.kg agentliyi məlumat yayıb.
“Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən şəxsin valideynləri Dövlət Milli Təhlükəsizlik Komitəsinin Oş vilayəti üzrə idarəsində dindirilir. Onlar idarəyə dünən axşam gətiriliblər”, - agentlikdən bildiriblər.
Qeyd edilir ki, 2011-ci ildə Ekbercan Celilov valideynləri ilə bərabər Rusiyaya köçüb, amma bir müddət sonra valideynləri Qırğızıstana geri qayıdıb, o isə ölkədə qalıb.
Agentliyin məlumatına görə, martın əvvəlində Celilov Qırğızıstanın Oş vilayətinə səfər edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub