Bakıda 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror işin məhkəmə baxışına təyin edilməsini istəyib. Hakimlər kollegiyası məhkəmənin işə baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin baxış iclası aprelin 7-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub