Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində həlak olan 20 yaşlı Dilbarə Əliyeva Azərbaycanda dəfn olunacaq.
Mynews.az “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, gənc qız imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin 3-cü kursunda təhsil alırmış.
Universitetdən verilən məlumata görə, Bakı şəhərində dünyaya gələn Dilbarə uzun müddət öncə valideynləri ilə birlikdə Peterburqa köçərək burdakı məktəblərdən birini bitirib: “Onun valideynlərinin Sankt-Peterburqda yaşamasına baxmayaraq mərhumu qohumlarının yaşadığı tarixi vətənində dəfn etməyi planlaşdırırlar. Əliyevanın meyiti sabah Bakıya çatdırılacaq”.
“Hər gənc qız kimi Dilbarənin də çoxlu dostları olub. Onun böyük planları var idi, həyatı sevirdi...”, - deyə təhsil müəssisəsindən deyilib.
Qeyd olunur ki, faciə zamanı D. Əliyevadan başqa həmin universitetin daha 13 tələbəsi xəsarət alıb.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terrakt nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub