Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yük qatarı “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.
Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Ölən şəxslərin kimliyi müəyyənləşdirilib - Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.
Qəzanın təfərrüatları, xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub