Adanada yolu bağlayıb "gəlin maşını"nı dayandıran və bəyi avtomobildən endirərək diz çökdürüb havaya atəş açan şəxs tutulub. Dindirilmə sonrası təqsirkar sərbəst buraxılıb.
Mynews.az xəbər verir ki, nəzarətə alınan şəxs qonşusuna "1 aprel" zarafatı etdiyini söyləyib.
Hadisə 1 aprel günü Seyhan mahalındakı Yeşiloba məhəlləsində meydana gəlib. İddiaya görə, Ufuk Alasırt keçdiyimiz günlərdə sevdiyi qızı qaçırıb. Bir müddət sonrada qızın ailəsiylə barışaraq evlənməyə qərar verib. 1 aprel günü toy edən kürəkən gəlin maşınında məhəlləyə girib. Bu an bəylə zarafat etmək istəyən qonşusu Əhməd D. yolu bağlayıb. Gəlin maşınının durmayacağını görən Əhməd D. əl işarəsi edərək dayanmasını istəyib.
Əhməd D. bir müddət bəyin avtomobildən enib gəlməsini gözləyib, ancaq bəy gəlməyincə, maşının qapısını açıb onu avtomobildən düşürərək diz çökdürüb. Əhməd D. daha sonra yol kənarındakı pnevmatik tüfəngi götürərək bəyin yanına gəlib havaya dəfələrlə atəş açıb. Ətrafdakılar bu olaydan böyük qorxu keçiriblər.
Bəyin verdiyi pulu qəbul etməyən şəxs yolu açaraq onları sərbəst buraxıb. Bu anları isə bir vətəndaş mobil telefonuyla anbaan çəkib. Milli.az
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub