Ötən gecə Cəlilabad rayonunun Sərhədabad kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, həmkəndlisi 42 yaşlı Nemət Aslanovu bıçaqlayaraq öldürən Əli Əliyevin 25 yaşı var. O, hadisədən dərhal sonra könüllü olaraq polisə təslim olub.
İlkin araşdırma zamanı məlum olub ki, qətl namus üstündə törədilib. Ə.Əliyev 42 yaşlı Nemətin onun bacısı ilə münasibət qurmaq istədiyini öyrənib və onu izləməyə başlayıb. Dünən gecə həmkəndlisini yaxalayan gənc oğlan onu bıçaqlayaraq öldürüb.
Məlum olub ki, Ə.Əliyevin qətlə yetirdiyi şəxs ailəli və 2 uşaq atası olub. Qətli törədən şəxsin bacısı da ailəli və 2 uşaq anasıdır.
Araşdırmalar davam etdirilir.
*****
12:18
Cəlilabad rayonunun Sərhədabad kənd sakini Nemət Aslanovu bıçaqla qətlə yetirmiş Əli Əliyev istintaqa təslim olub.
Mynews.az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 5-də Cəlilabad rayonunun Sərhədabad kəndində kənd sakini Əli Əliyev münaqişə zəminində həmkəndlisi Nemət Aslanovu bıçaqla qətlə yetirib. Ə.Əliyev könüllü RPŞ-yə gələrək istintaqa təslim olub.
Araşdırma aprılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub