Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.
Mynews.az xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.
Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub