Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.
Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.
İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
***
10:17
Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.
Mynews.az trend-ə istinadən bildirir ki, Beyləqan rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub