Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində “Çermet” körpüsünün girişində olub.
“Geely” markalı 90 RD 351 dövlət nömrə nişanlı avtomobili idarə edən Əli Ramazanov idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
O bildirib ki, buna səbəb qarşısındakı avtomobilin qəfil əyləcə basması olub. Ə.Ramazanov da həmin avtomobilə dəyməmək, qəzadan yayınmaq üçün istiqamətini dəyişib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Sürücü xəsarət almayıb.
İkinci qəza isə eyni yerdə, lakin yolun əks istiqamətində baş verib. Qəzanı seyr edən sürücülər avtomobillərinin sürətini azaldaraq yolun ortasında dayanıblar. Bu zaman körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Hadisə zamanı 51 BC 837 nömrəli “VAZ 2104” markalı, 90 UJ 478 nömrəli “Mercedes” markalı avtomobillərə ciddi ziyan dəyib. Digər nəqliyyat vasitələri isə yüngül əzilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub