Azərbaycanda həkim səhvi ucbatından daha bir ana ölümü baş verib.
Mynews.az xəbər verir ki Baku.ws-in redaksiyasına daxil olan məlumata görə, 18 yaşlı Həqiqət Mirzəyeva Naxçıvanda doğum evində əkiz uşaq dünyaya gətirib. Həkimlərin normadan artıq narkoz verməsi ilə gənc qız komaya düşüb.
Həqiqətin əmisi qızı Gülü Mirzəyevanın sözlərinə görə, 24 gün komada qalan Həqiqət bu gün dünyasını dəyişib:
"Baş həkim dedi ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Ancaq əmim qızını xilas edə bilmədilər. Əslində 24 gündür ölübmüş, biz onun dünyasını dəyişdiyini bu gün öyrəndik. Həqiqətin dünyaya gətirdiyi əkizlərin vəziyyəti isə yaxşı deyil. Körpələr zəifdirlər və onları həyatda saxlamaq üçün yaxşıca baxmaq lazımdır".
Qeyd edək ki, Həqiqət Mirzəyeva bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub