Ağsu rayonunda intihar hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində yaşayan 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib.
Onun meyitini səhər yuxudan duran oğlu aşkarlayıb.
Qeyd edək ki, 51 yaşlı S.Eyyubovanın 3 övladı var. Onun böyük oğlu bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Bir neçə ay əvvəl gənc oğlanın səhhətində ciddi problemlər yaranıb. Müxtəlif müayinələrdən sonra həkimlər onun ürəyində ciddi problemin olduğunu deyiblər və ağır diaqnoz qoyublar.
Hələ ailə həyatı qurmamış oğlunun düçar olduğu xəstəliyi fikir edən, tez-tez oğlunun ölümünü görmək istəmədiyini deyən və onun ölümünü görməkdənsə, öz ölümünü seçəcəyini bildirən qadın ötən gecə özünü asaraq həyatına son qoyub.
Onun meyitini tapan oğlu da məhz həmin – ürək xəstəliyindən əziyyət çəkən övladı olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub