Bu inanılmaz görüntülər bir milyarddan çox insanın yaşadığı Hindistanda və ya Çində çəkilməyib, 8 milyonluq Azərbaycanın mərkəzində çəkilib.
Mynews.az Lent.az-a istinadən məlumatına görə, avtobusun qapılarından 7-8 nəfərin sallaşaraq getdiyi bu yer Abşeron rayonunun Digah qəsəbəsidir. Avtobus isə üzü Bakıya – “Azadlıq prospekti” metrostansiyasına doğru gəlir. Bəli, bəli, gördüyünüz kimi qapıları açıq, açıq qapılardan sallaşan xeyli insanla birgə.
Bu barədə bizə elə bu marşrutun daimi sərnişinlərindən biri məlumat verib. Dəhşətli səyahətin hər gün yaşandığını bildirən sərnişin deyir ki, Digahdan Bakıya doğru ölümlə qoyun-qoyuna səyahət edirlər. Şikayətçi onu da deyir ki, hər gün bu təhlükəli səfərin yaşandığı avtobus Digahdan Bakıya gələn 147 saylı marşruta aiddir.
Oxucumuz bildirir ki, bu xəttə hərəkət edən 147 saylı marşrutların demək olar, hamısı hər gün belə təhlükəli səfərlər həyata keçirir və onlarla insanın həyatını riskə atır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub