Ağsu rayonunda intihar hadisəsi baş verib. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində yaşayan 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib. Onun meyitini səhər yuxudan duran oğlu aşkarlayıb.
Qeyd edək ki, 51 yaşlı S.Eyyubovanın 3 övladı var. Onun böyük oğlu bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Bir neçə ay əvvəl gənc oğlanın səhhətində ciddi problemlər yaranıb. Müxtəlif müayinələrdən sonra həkimlər onun ürəyində ciddi problemin olduğunu deyiblər və ağır diaqnoz qoyulub. Hələ ailə həyatı qurmamış oğlunun düçar olduğu xəstəliyi fikir edən, tez-tez oğlunun ölümünü görmək istəmədiyini deyən və oğlunun ölümünü görməkdənsə, öz ölümünü seçəcəyini bildirən qadın ötən gecə özünü asaraq həyatına son qoyub.
Onun meyitini tapan oğlu da məhz həmin – ürək xəstəliyindən əziyyət çəkən övlad olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub