USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda 35 yaşlı kişi iş yerində intihar etdi

17:05 30.01.2017
Bakıda 35 yaşlı kişi iş yerində intihar etdi
17:05 30.01.2017
Bakıda 35 yaşlı kişi özünü asıb.
 
“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.
Burada yeni tikilən evlərdən birində gözətçi işləyən 1982-ci il təvəlllüdlü Anar Quliyev özünü gözətçi otağında asıb.
 
Onun meyitini ev sahibi aşkarlayıb.
 
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüdürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbi araşdırılır.

Xəbər lenti