Azərbaycanda mənzilə görə ata və oğul məhkəmədə görüşəsi olub.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ata Həsənov Elşən Əsgər oğlu məhkəmə iddiası qaldıraraq oğlu Həsənov Əsgər Elşən oğlunun mənzildən istifadə hüququna xitam verilməsini istəyib.
Oğul da qarşılıqlı iddia verərək E.Həsənovun mənzili özəlləşdirməsinin etibarsız hesab edilməsini, maddi və mənəvi zərərin ödənilməsini tələb edib.
Hər iki şikayətə Yasamal rayon məhkəməsində baxılıb. Bu il fevralın 20-də iş üzrə qətnamə çıxarılıb. Elşən Həsənovun iddiası təmin edilib və Əsgər Həsənovun mənzildən istifadə hüququna xitam verilib. Ə.Həsənovun qarşılıqlı iddiası isə rədd edilib.
Ə.Həsənov qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi ilə aprelin 11-də davam etdiriləcək.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub