Aprelin 6-da Xəzər dənizindən aşkar edilən kişi meyitinin kimə məxsus olması dəqiqləşib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Axtarış – Xilasetmə qərargahının məlumatına görə, cəsəd «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xatırladaq ki, ötən ilin dekabrında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində neftçilər dənizə düşmüşdü. Azay Zülfüqarov eyni faciədə itkin düşən və meyiti martın 20-də tapılan 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarovun qardaşıdır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub