Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 40 gün keçir.
Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgərlər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.
Şəhid olmuş hərbi qulluqçudan biri, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub.
Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu.
Mynews.az xəbər verir ki, Modern.az saytı şəhidin 40 günündə atası Yaşar Nəzərovla əlaqə saxlayıb. Yaşar Nəzərov saytımıza açıqlamasında deyib ki, oğlunun 40 mərasiminə rayon ictimaiyyəti ilə yanaşı, rəsmilər də qatılıb.
“Yardımlı rayon İcra Hakimiyyətinin nümayəndələri, oğlumun döyüş yoldaşları da bu gün 40 mərasimində iştirak edirdi. Allah hamıdan razı olsun. Vətən sağ olsun!”.
Şəhid Şahlar Nəzərovun həyat yoldaşı ana olmağa hazırlaşır. Şəhid atası Yaşar Nəzərov deyib ki, gəlini dünyaya iki övlad dünyaya gətirəcək - əkzilər doğulacaq:
“Allah qoysa, oğlumun əkiz övladları dünyaya gəlməlidir. Təki sağlıq olsun. Birinə Şahların, o birinə də öz adımı vermək istəyərəm. Vətən sağ olsun!”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub