Türkiyənin Manisa şəhərində qətl törətdiklərini etiraf edən qadın, əri və qızları həbs olunub.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, 5 aprel səhəri sözügedən rayonun Şahzadələr qəsəbəsi, Karaoğlanlı məhəlləsində bir kişi cəsədi tapılıb.
Hadisə yerinə gələn Manisa rayon polis şöbəsinin əməkdaşları əlləri və ayaqları arxadan bağlanmış cəsədin Turqutluda yaşayan Mehmet K. -ya (41) aid olduğunu müəyyən ediblər.
İstintaq çərçivəsində polislər başına və bədəninin müxtəlif yerlərinə sərt bir cisimlə dəfələrlə vurulduqdan sonra öldürüldüyü təsbit edilən Mehmet K. -nın mobil telefonunda ən son Gül K. (37) ilə danışdığını ortaya çıxarıb. Nəzarətə alınan Gül K. ifadəsində günahını etiraf edərək, Mehmet K. -nı həyat yoldaşı Ömər K. (42) ilə birlikdə Turqutludakı evində öldürdüklərini və daha sonra Şehzadeler mahalındakı boş sahəyə atdıqlarını söyləyib. Gül K. Mehmet K.-nı ilk həyat yoldaşından olan qızı D.A.-nı (17) zorladığı üçün öldürdüklərini iddia edib.
Gül K. -nın ifadəsi sonrası polislər Ömər K. ilə qızı D.A.-nı da saxlayıblar. Manisa Dövlət Xəstəxanasında sağlamlıq müayinəsindən keçirilən şübhəlilər həbsxanaya göndəriliblər.



1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub