Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.2 və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Ağayev Arif Abdulla oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə sakini Əliyev Nizami Kəriməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman sovqatda olan tortun altında sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.
Apa.az
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub