Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir.
Bildirilib ki, qohumları tərəfindən təxmini tanınan meyitin nümunələri genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, C. Bəhrəmov operator vəzifəsində çalışırdı.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub