Məşhur meyxana ifaçısı Kərimin dünyasını dəyişməsi haqqında yalnış xəbər yayan sayt məhkəməyə veriləcək.
Mynews.az-ın məlumatına görə, bu barədə AzNews.az-a açıqlamasında meyxanaçının yaxın qohumu Rüstəm Cənnətov məlumat verib. Onun sözlərinə görə, həmin sayt Kərimin anasının ölümündə ittiham olunur:
"Bu gün Kərimin anasının 3 mərasimidir. Məclis başa çatan kimi saytı məhkəməyə verəcəyik. Kərimin anası xəstə idi, oğlunun xəstəxanada olmasından xəbərsiz idi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. Bundan iki saat sonra Kərimin anası dünyasını dəyişib. Belə məlumat yayarlar?! Oğlunun ölüm xəbərinə dözməyib öldü".
Rüstəm Cənnətov qeyd edib ki, meyxana ustası Kərim anasının ölümündən xəbərsizdir.
Meyxana ifaçısı Kərim bir müddət əvvəl insult keçirirərək xəstəxanaya yerləşdirilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub