Hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi, Şıxlinski küçəsi 42, yataqxana 1 mənzil 501-də qeydə alınıb.
Mynews.az salamnews-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı evdə əri ilə mübahisə edib, sonra isə öz boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub. Bundan sonra qadın təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralı qadının vəziyyəti orta-ağırdı.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
İlkin olaraq qadının yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanaraq əl çantasının aparıldığı barədə informasiya getmişdi. Həmçinin hadisənin Nizami rayon ərazisində baş verdiyi göstərilmişdi. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın polisə yalan informasiya verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub