Qoruqda dincəlmək istəyən sevgililər şok yaşayıb.
Ən çox miqrantın üz tutduğu Almaniyada yeni qalmaqal yaranıb.
Mynews.az istipress-ə istinadən xəbər verir ki, Bonn şəhərində gənc qız miqrant tərəfindən zorlanıb. Hadisə onun sevgilisinin gözü qarşısında, Ziqae qoruğunda baş verib.
Gənc cütlük - 23 yaşlı qız və 26 yaşlı sevgilisi təbiət qoynunda dincəlmək istəyib. Bu zaman Qanadan olan və xəncərlə silahlanmış miqrant gənc qızı zorla sevgilisi ilə olduğu çadırdan çıxarıb və ona təcavüz edib.
Cinayətkar qaçan kimi qızın sevgilisi polisə məlumat verib. Adı açıqlanmayan qız xəstəxanaya yerləşdirilib.
Hadisə ötən həftə baş versə də, zorlamada adı hallanan miqrantı bu həftəsonu yaxalamaq mümkün olub. Ziqburq şəhərində onu fotosundan tanıyan insanlar polisə məlumat veriblər.
Qanalı gəncin günahı isə DNT analizindən sonra müəyyən edilib, çantasından isə oğurladığı əşyalar aşkar edilib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub