Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Apa.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. “VAZ 2107” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 1987-ci il təvəllüdlü Ələsgərov Ruslan Sənan oğlu və “QAZ 24”-də olan 3 qadın, 1988-ci il təvəllüdlü Məmmədova Aynur Qərib qızı, 1966-cı il təvəllüdlü Məmmədova Gülnara Rəşid qızı, 1974-cü il təvəllüdlü Məhərrəmov Məhəbbət Rəşid qızı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub