Bakıda “Azəravtoyol” ASC-nin əməkdaşı yol qəzası zamanı ağır xəsarət alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, “Karl Marks dairəsi” kimi tanınan ərazidə “QAZel” markalı yük avtomobili ilə 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlunun idarə etdiyi “Azəravtoyol” ASC-yə məxsus xidməti avtomaşın toqquşub. Nəticədə ASC-nin əməkdaşı M.Yusifov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin qeydə alındığı əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.
İlkin ehtimala görə, qəzaya səbəb “QAZel” markalı yük avtomobili olub. Belə ki, yük avtomobilinin sürücüsü “Stop” nişanının tələblərini pozaraq birbaşa dairəyə daxil olub və hərəkətini davam etdirib. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub