Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə S.Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib. 24 yaşlı Sərxan Heydərov atası, 48 yaşlı Siyavuş Heydərova bıçaqla xəsarət yetirib. S.Heydərov ölüb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub